Komitə sədri məhkəməni uddu

AZADİNFORM. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri və səlahiyyətli şəxsi Elşad Həmidov Komitənin keçmiş sədri mərhum Elçin Behbudovun həyat yoldaşı Elmira Behbudovadan məhkəmədə şərəf və ləyaqətinin təhqir olunması, şər və böhtan xarakterli məlumatların yayılması ilə bağlı iddia qaldırıb.

Yasamal Rayon Məhkəməsində uduzan Elmira Behbudova Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib. Apelyasiya instansiyasında da uduzan Behbudova kasasiya qaydasında Ali Məhkəməyə kasasiya şikayəti edib.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin xəbər portalı bildirib: “Ali Məhkəmə Komitənin sədri və səlahiyyətli şəxsi Elşad Həmidovun bütün instansiyalarda təmin olunmuş iddiasını təsdiq edib. Daima Femidanın ədalət tərəzisinin tarazlığını qoruyan ədalətli hakimlərimiz bu gün ədalətli qərarları ilə bir daha bunu təsdiq etdilər”.

24.11.2017 15:50 / Baxılıb: 168 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo