Politoloq: Əgər bu inteqrasiya deyilsə, bəs onda nədir?

Leyla Məhərrəmova / AZADİNFORM. “Azərbaycan əvvəldən Avropa İttifaqı ilə iqtisadi zəmində əməkdaşlığın genişlənməsinin tərəfdarı kimi çıxış edib və bu gün də həmin mövqedədir. Prosesləri siyasiləşdirmədən və əvvəlcədən ikibaşlı tələbləri önə çəkib Azərbaycan üçün əlverişsiz şərait yaratmaq bərabərhüquqlu tərəfdaşlığı puç edə bilər. Buna görə də rəsmi Bakı istənilən formatda Aİ ilə yaxınlaşmağı iqtisadi səmərə naminə vacib sayıb”.

Bu fikirləri Azadinform-a politoloq Tofiq Abbasov Şərq Tərəfdaşlığı ilə Azərbaycanın imzalayacağı sazişin əhəmiyyətini şərh edərkən deyib.

O qeyd edib ki, əgər ölkənin siyasi elitası heç bir sazişə imza atmadan və bu məsələni prosesin əsas komponentinə çevirməyi qeyri-məqbul sayırsa, deməli buna əsaslar var. 

T. Abbasov deyib ki, Aİ-nin on iki dövləti ilə Azərbaycan ikitərəfli formatda çox səmərəli əməkdaşlığı davam etdirir: “Bu o deməkdir ki, on iki dövlətlə sağlam və faydalı əməkdaşlığı reqlamentləşdirən və tənzimləyən imzalanmış dövlətlərarası və hökumətlərarası saziş və anlaşma sənədləri mövcuddur. Özü də, on iki ölkə dedikdə söhbət Aİ-nin qabaqcıl ölkələrindən gedir. Onların hamısının Azərbaycanda iqtisadi, mədəni və humanitar maraqları var, odur ki, tərəflər son illər ərzində davamlı şəkildə əməkdaşlığı irəli aparırlar. Əgər bu inteqrasiya deyilsə, bəs onda nədir?”

O əlavə edib ki, təsir və təzyiq göstərməklə əməkdaşlıq heç vaxt sağlam, bərabərhüquqlu və perspektivli ola bilməz. Ona görə də Azərbaycan lideri İlham Əliyev qarşı tərəfə bildirib ki, ölkəsinin Aİ-də marağı böyükdür və dialoqda münasib tonun hökm sürməsi əlaqələrin keçmişini daha da səmərəli edə biləcək. Politoloq deyib ki, məhz bu fikrin üzərində də durmaq məsləhətdir.

24.11.2017 15:45 / Baxılıb: 213 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    3 saata viza
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo