Qarabağ münaqişəsi müddətində 278 qadın girovluqdan azad edilib

“Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi müddətində 1440 nəfər əsir və girovluqdan azad edilib ki, onların 278 nəfəri qadındır”. 

Azadinform xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriHicran Hüseynova “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son” adlı konfransda deyib. H. Hüseynova qeyd edib ki, münaqişə nəticəsində 265 qadın itkin düşüb: “98 qadın isə hələ girov kimi qeydiyyatdadır. Onların taleyi bizi çox narahat edir”. (apa)

24.11.2017 15:37 / Baxılıb: 220 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo