Merkel: Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərdəki əsas rolu Aİ-yə məlumdur

Leyla Məhərrəmova / AZADİNFORM. Avropa İttifaqı üçün bu aydın məsələdir ki, Rusiya bu gün anlaşma imzalayacaq Şərq Tərəfdaşlığı ölkələri münasibətlərdə mərkəzi  rol oynayır.

Azadinform xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.

O bildirib ki, Aİ-nin Gürcüstan, Moldova və Ukrayna ilə saziş imzalamasından məmnundur: “İndi biz Azərbaycan və Ermənistanla saziş imzalayacağıq. Bu Assosasiya Sazişi qədər intensiv olmayacaq, lakin hər iki dövlətlə əməkdaşlıq edəcəyik”.

Merkel əlavə edib ki, Rusiya ilə münasibətlər bu dövlətlərin proseslərində mərkəzi rol oynayır: “Bu günkü müzakirələr zamanı həmin ölkələrdəki daxili siyasi situasiyanın necə olduğunu dərk edəcəyik”.

24.11.2017 14:40 / Baxılıb: 427 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo