Aydın Əliyev Daşkəsəndə 4 rayonun sakinləri ilə görüşüb

Samir Soltanov/AZADİNFORM. Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edib. 

DGK Mətbuat Xidmətindən Azadinform-a verilən məlumata görə, komitə sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. 
Qəbulda bölgədə yerləşən - Daşkəsən, Göygöl, Samux rayonları və Gəncə şəhər sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub. 
Qəbul zamanı A. Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

24.11.2017 14:20 / Baxılıb: 176 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo