Azərbaycan və Türkiyə HHQ əməkdaşları qərargah danışıqları aparıb Bakıda

Samir Soltanov/AZADİNFORM. Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) və Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, birgə planların dəqiqləşdirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb. 
Qonaqlar, həmçinin HHQ-nin hərbi hissələrini ziyarət ediblər.

24.11.2017 14:00 / Baxılıb: 205 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo