Türkiyənin NATO qarşıdurmasında yeni iddialar Səbəbkar işdən çıxarılmayıb

Samir Soltanov/AZADİNFORM. NATO təlimində Türkiyə ilə bağlı yaşanan qarşıdurmadan sonra yeni iddialar ortaya çıxıb. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, rüsvayçılığa səbəb olan hadisənin kürd əslli Norveç vətəndaşı tərəfindən hazırlandığı, həmin şəxsin isə vəzifəsindən dərhal azad edildiyi bildirilsə də, daha sonra əsas günahkarın Macarıstan vətəndaşı olan bir şəxsin olduğu sübut edilib. Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adına açılan saxta hesabdan göndərilən mesajları kürd əslli Norveç vətəndaşı yazıb, Atatürkün fotosunu düşmən liderlər arasına da xanım olan macarıstanlı proqramist yerləşdirib. 
İstintaq çərçivəsində ifadə verən macarıstanlı proqramist düşmən liderlər arasına qoyduğu fotonun kimə aid olduğunu bilmədiyini söyləyib. Xanım proqramist hadisəyə görə təəssüfləndiyini bildirib. Belə bir səhv etməsinə baxmayaraq macarıstanlı xanım hələ də işinin başında olduğu vurğulanır. 

24.11.2017 13:41 / Baxılıb: 316 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo