Siqaret və qəlyanın bu yerlərdə istifadəsi qadağan oluna bilər

Azərbaycanda tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edildiyi yerlərin sırasına daha bir neçə məkan əlavə edilir. 

Məlumata görə, bu, yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin üçüncü oxunuşunda 1-ci və 10-cu maddələrdə əks olunub. 

Layihəyə əsasən, qeyd olunan məmulatlarından istifadəyə eyni zamanda xüsusi ayrılmış yerlər istisna olmaqla motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək. 
Qanun layihəsi Milli Məclisin dekabrın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

24.11.2017 13:20 / Baxılıb: 192 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo