Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitində iştirak edib - FOTO

Adəm Abbaslı/AZADİNFORM. Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib.

Azadinform xəbər verir ki, dövlətimizin başçısı Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında iştirak etmək üçün Avropa İttifaqının binasına gəlib.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Avropa İttifaqına sədrlik edən Estoniyanın Baş naziri Yuri Ratas dövlətimizin başçısını salamlayıblar.

Sonra birgə foto çəkdirilib.

24.11.2017 13:06 / Baxılıb: 313 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo