Kutsi toyunun vaxtını açıqladı

Ləman Hüseynzadə / AZADİNFORM. Ötən günlərdə aktyor, müğənni Kutsinin evlənməyi ilə bağlı məlumatlar gəzirdi.

Azadinform xəbər verir ki, müğənni artıq toy vaxtını açıqlayıb. Aktrisa Feyza Çıpa ilə eşq yaşayan sənətçi keçən ay serial çəkilişində atdan düşərək yaralansa da indi səhhətinin yaxşı olduğunu deyib: “Müalicəm 2-3 ay davam edəcək. Ağrıkəsicilərlə yaşayıram. Feyza da, sağ olsun, mənə yaxşı baxdı. 2018-ci ilin yayında özümüzə toy edəcəyik”.

Qeyd edək ki, Kutsi ilə Feyza 4 il sevgili olub. Kutsi sevglisi ilə münasibətlərinə görə 7 illik həyat yoldaşı, 2 qızının anası Sinem Bayraktutardan 2015-ci ildə boşanıb.

24.11.2017 13:11 / Baxılıb: 311 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo