Qırğızıstanın yeni prezidenti Sooronbay Jeenbekov and içdi

Adəm Abbaslı/AZADİNFORM. Bişkekdəki “Ala-Arça” dövlət iqamətgahında Qırğızıstanın yeni seçilmiş Prezidenti Sooronbay Jeenbekovun andiçmə mərasimi keçirilib. Yeni Prezident əlini Konstitusiyanın üzərinə qoyaraq and içib. Bununla da o, dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

Azadinform xəbər verir ki, mərasimdə hökumətin və parlamentin üzvləri, mədəniyyət və incəsənət xadimləri, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər iştirak ediblər.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şaydabekova yeni Prezidenti təbrik edərək ona prezident vəsiqəsini, döş nişanını və ştandartı təqdim edib.

Qeyd edək ki, Qırğızıstanda prezident 6 il müddətinə bir dəfə seçilir. O, həmçinin silahlı qüvvələrin Ali Baş Komandanıdır.

24.11.2017 12:20 / Baxılıb: 189 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo