Avropa Xalq Partiyası ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir

Leyla Məhərrəmova / AZADİNFORM. “Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini tam şəkildə dəstəklədiyimizi bir daha təsdiqləyirik”.

Azadinform-un məlumatına görə, bu barədə Avropa Xalq Partiyasının yaydığı bəyanatda deyilir.

Qeyd edilib ki, partiya münaqişənin beynəlxalq hüquq normalarına – güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanan həllini dəstəkləyir: “Biz münaqişə tərəflərini 1994-1995-ci ildə əldə edilmiş atəşkəs haqqında müqaviləyə riayət etməyə, etimad quruculuğu tədbirlərini həyata keçirməyə və qoşunların təmas xəttində gərginliyi azatlmağa, eləcə də Vyana, Sankt-Peterburq və  Cenevrə görüşlərində əldə edilmiş razılaşmalara əməl etməyə çağırırıq”.

24.11.2017 12:15 / Baxılıb: 306 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo