Ermənistan ofşor ölkələrin qara siyahısına daxil edilə bilər

Adəm Abbaslı/AZADİNFORM. Avropa İttifaqı Ermənistanı şirkət və fərdi şəxslərin milli vergitutmadan yayınaraq maliyyə fəaliyyəti göstərən ofşor ölkələrin siyahısına daxil edə bilər.

Azadinform xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Avropa İttifaqı bununla bağlı Ermənistana dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq vəziyyət düzəlmir. Beynəlxalq qurumun ayrılan pulların mənimsənilməsi səbəbindən hər il 1 milyard avro itirdiyi bildirilir. Bunun əsas hissəsi Ermənistanın üzərinə düşür. Ötən il Avropa İttifaqı bu ölkəyə maliyyə yardımını dayandıracağı ilə bağlı xəbərdarlıq da edib. Çünki beynəlxalq qurum büdcədən ayrılan vəsaitin məqsədyönlü şəkildə xərcələnməsinin marağında olsa da, Ermənistanda daim problemlərlə üzləşir. Hakimiyyət bu pulları istiqaməti üzrə yox, başqa məqsədlərə xərcləyir. Ona görə də Ermənistanda hər ötən il iqtisadi böhran bir qədər də dərinləşir.

2018-ci ildə də Ermənistanın büdcə kəsiri və dövlət borcu artacaq. Bu haqda parlamentin büdcə müzakirələri zamanı ölkənin Mərkəzi Bankının hesabatında məlumat verilib. Bildirilir ki, ölkənin xarici borcu artıq gəlirləri 60 faiz üstələyir. Gələn il büdcə kəsiri 156,9 milyard dram təşkil edəcək ki, bu da 2017-ci il dövlət büdcəsinin göstəricisi ilə müqayisədə 3,8 faiz çoxdur. Bundan başqa, 2018-ci ilin yekunu üzrə Ermənistanın dövlət borcu 7 milyard dollara yaxınlaşacaq. Bu isə defoltu sürətləndirəcək.

İqtisadçı Vahan Arzumanyan hökumətin özünü gülünc vəziyyətə qoyduğunu deyib. O bildirib ki, Ermənistan ciddi siyasi, sosial-iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Bununla yanaşı, hakimiyyətdə olan cinayətkar, kriminal rejimin qəbul etdiyi qərarlar vətəndaşların haqlı etirazına səbəb olur. Ona görə də ölkədə tez-tez xaos və qarşıdurmalar baş verir. Hakimiyyət yalançı manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq böhran içindədir. Sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində ortaya çıxan problemlər isə hökumətlə sadə vətəndaş arasında ciddi qarşıdurmaya zəmin yaradır.

24.11.2017 12:00 / Baxılıb: 330 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo