Yuxuya nəzarət edən ağıllı üzük

Kiçik kapsulun içərisinə yerləşdirilmiş çoxsaylı sensor yuxu zamanı insan haqda məlumatları toplayır. Bunun üçün, sadəcə, yatmazdan öncə “Go2sleep” qurğusunu barmağa taxmaq lazımdır.

“Ağıllı” üzük yuxunun keyfiyyətini qiymətləndirmək üçün ürək ritminə, qanda oksigenin miqdarına, arterial nəbz siqnalının gücünə müntəzəm nəzarət edir. Bütün məlumatlar sadə süni intellekt vasitəsilə emal olunur.

“hi-tech.mail.ru” saytının yaydığı məlumata görə, cihaz yuxu ilə bağlı mümkün problemləri, o cümlədən apnoe xəstəliyini müəyyənləşdirməyə kömək edir. Bu xəstəlik zamanı insan yuxuda çətin nəfəs alır, xoruldayır və hətta, boğula bilər.

“Go2sleep” qurğusu “Bluetooth” texnologiyasının köməyilə smartfona qoşulur və yuxu barədə məlumatları mobil proqrama ötürür. "Ağıllı" üzük enerji doldurulmadan üç gecə işləyir.

Qurğunun ilkin sifariş qiyməti 89 dollardır . (Azərtac)

24.11.2017 11:37 / Baxılıb: 309 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo