Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub

Samir Soltanov/AZADİNFORM. “Ölkəmizdə uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Onların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir”. 

Azadinform xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova YAP-ın saytına müsahibəsində bildirib. H. Hüseynova qeyd edib ki, biz müstəqilliyimizi çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə əldə etmişik: “Və belə bir çətinliyə baxmayaraq, dövlətimiz üçün insan, o cümlədən, uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Müasir Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyev uşaqlara daim qayğı və diqqət göstərirdi. Azərbaycanlı körpələrin sağlamlığı, onların yaxşı təhsil və təlim - tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsi Ümummilli liderin daim diqqətində olub. Müstəqilliyimizi qurduğumuz ən çətin illərdə belə, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi prioritet olub. Elə, ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır. Bu milli qanunvericilikdə təkmilləşdirmə işinin aparılmasına, yeni mexanizmlərin yaradılmasına və uşaqlara qarşı zorakılıqla mübarizəyə ünvanlanan ümumi prinsiplərin formalaşdırılmasına təkan verib”. 

Komitə sədri vurğulayıb ki, Azərbaycan Hökuməti bu sənəddən beynəlxalq tribuna kimi istifadə edərək, ilk dəfə Ermənistanın ərazimizə təcavüz etməsi, üç yüz mindən artıq qaçqın və məcburi köçkün düşmüş uşaqlar haqqında məlumatları dünya ictimaiyyətinə çatdırıb: “Qeyd edim ki, bu hərbi münaqişə zamanı 175 uşaq qətlə yetirilib,  yaralanan uşaqların sayı isə yüzlərlədir. Dövlətimiz münaqişə müddətində 214 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub, 66 uşaq itkin düşüb, 29 uşaq isə hələ də girovluqdadır. Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edib və bu dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olmuş, 20-si isə yaralanıb”.

24.11.2017 11:28 / Baxılıb: 245 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo