Ermənilər Azərbaycan ərazilərində növbəti təlimlər keçirib

Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan ərazilərində təlimləri davam etdirir.

Məlumata görə, noyabrın 20-dən 23-dək Dağlıq Qarabağda taborların taktiki təlimləri keçirilib. Təlimlərə ümumqoşun və tank hissələri cəlb olunub.

Separatçı rejimin "müdafiə naziri" Levon Mnatsakanyan təlimlərin gedişini izləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl də işğal altında olan ərazilərdə artilleriya və ağır texnikanın iştirakı ilə irimiqyaslı təlimlər keçirilib. (apa)

23.11.2017 22:57 / Baxılıb: 71 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo