Sükan arxasında infarkt keçirən sürücü dünyasını dəyişib

Mingəçevir şəhərində sükan arxasında infarkt keçirən sürücü dünyasını dəyişib.

Hadisə şəhərin Nəsimi küçəsində baş verib.

“VAZ-2107” markalı maşın ilə evinə gedən Mahmudov Rəcəb Soltan oğlu qəfildən sükan arxasında infarkt keçirib.

Maşındakıların köməkliyi ilə avtomobili durdurmaq mümkün olub. Halsız və huşsuz vəziyyətdə olan sürücü təcili xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. (report)

23.11.2017 22:32 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo