Pambıqçılığın inkişafı üçün 195 sahibkara güzəştli kredit verilib

AZADİNFORM. Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi ilə bağlı növbəti işgüzar forumunu Biləsuvar rayonunun Aşagı Cürəli kəndində keçirib.

Azadinform-a Nazirlikdən verilən məlumata görə, işgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Biləsuvar rayonunun iqtisadi potensialına uyğun olaraq, startap layihələrin maliyyələşdirilməsi, aqroparkın, müasir heyvandarlıq kompleksinin, cins heyvandarlıq və quşçuluq təsərrüfatlarının, süd emalı, çörək istehsalı və meyvəqurutma müəssisələrinin və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların 13 400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 544,4 mln.manat güzəştli kredit verilib. Qeyd edilib ki, dövlət başçısının pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, bu sahənin inkişafına diqqət daha da artırılıb. 2017-ci ilin ötən dövrü ərzində pambıqçılığın inkişafı ilə bağlı 195 sahibkara 9,8 mln. manat güzəştli kredit verilib.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Biləsuvar və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 965 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, pambıqçılıq, istixana kompleksinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Ümumilikdə, indiyədək Biləsuvar rayonundan olan 737 sahibkara 33 mln.manat güzəştli kredit verilib.

23.11.2017 21:35 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    Neft ucuzlaşıb
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo