60 uşaq İŞİD terrorçularından azad edilib

Türkiyənin paytaxtı Ankara şəhərində 60 uşaq terrorçu İŞİD təbliğatçılarından azad edilib.

Azadinform "Haber7"yə istinadən xəbər verir ki, bu haqda Ankara Prokurorluğu məlumat yayıb.

İnformasiyaya əsasən, azad olunan uşaqlar ailələrinə təhvil veriliblər. Həmin uşaqlara İŞİD-in ideoloji təlimi verilirmiş.

Uşaqların azad edilməsi ilə bağlı keçirilən əməliyyat nəticəsində 5-i qadın olmaqla 15 nəfər tutulub.

Uşaqların valideynləri də məsələ ilə bağlı ifadə veriblər. Onlardan biri övladını Quran kursuna göndərdiyini, başqa biri isə əxlaq problemi səbəbindən övladını məktəbə göndərmədiyini bildirib. Valideynlər İŞİD təbliğatı aparan həmin “kursa” hər ay 100-150 (25-38 dollar) lirə ianə verirmişlər. 

23.11.2017 20:36 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo