Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi nöqsanlara yol verib

Samir Soltanov/AZADİNFORM. Hesablama Palatası aparılan audit yoxlaması zamanı Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsində dövlət satınalmalarında çoxsaylı nöqsanlara yol verildiyini üzə çıxarıb. 

Azadinform xəbər verir ki, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi (İdarə) tərəfindən ayrı-ayrı illər üzrə büdcə vəsaitinə olan tələbat üzrə proqnoz göstəriciləri hazırlanarkən maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri düzgün qiymətləndirilməyib. Bəzi xərclər üzrə real tələbat və ötən illərin icrası nəzərə alınmayıb, ayrı-ayrı təşkilatlardan büdcə vəsaitinə olan tələbat barədə  sifarişlər  tələb edilməyib. Zərurət olmadığı halda  bəzi xərc maddələri üzrə dürüstləşmə aparılsa da, artırılmış xərclərdən istifadə olunmayıb. Nəticədə icra ilkin  təyinatdan aşağı olub, nağd vəsaitlərin uçotuna nəzarət edilməməsi səbəbindən  auditlə əhatə olunan illərdə büdcədənkənar  vəsaitlər üzrə  daxilolmalar müvafiq olaraq 27,3 %, 30,4% və 44,7% təşkil edib. 
Əməyin ödənilməsini tənzimləyən  normativ-hüquqi  aktların tələblərinə əməl edilməyərək  işçilərin tarif dərəcələrinin  düzgün müəyyənləşdirilməməsi, iş günlərinin  düzgün hesablanmaması, 0,5 stavka ilə işləyən  işçilərə   tam vəzifə maaşı ödənilməsi,  elmi dərəcələrə görə  vəzifə maaşlarına  əlavələrin düzgün  müəyyənləşdirilməməsi, işdən azad edilən işçilərə son haqq-hesabın düzgün hesablanmaması, artıq dərs tarifləşdirilməsi hallarına yol verilib. Bəzi hallarda  tədris planında  nəzərdə tutulubmuş  fənn saatlarının  tədrisi tam  təmin edilməyib, bəzi mədəniyyət  evləri üzrə ümumilikdə 30 ştat vahidi artıq saxlanılıb. Malların (iş və xidmətlərin) satın alınması zamanı “Dövlət satınalmaları haqqında” qanunun və “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın, eləcə də,  dövlət satınalmalarını tənzimləyən  digər qanunvericilik  aktlarının bəzi tələblərinə  bir sıra hallarda əməl edilməyib. Satınalmaların birbaşa müqavilə əsasında həyata keçirilməsinə razılıq alınsa da, alınmış razılıqdan artıq məbləğə müqavilə bağlanılıb. 2015-ci ildə 8 halda satınalma müqavilələrində nəzərdə tutulmayan mal-material alışı həyata keçirilib, vəsait satınalma metodu tətbiq edilmədən xərc edilib. 49 halda keçirilən satınalmalar  üzrə müqavilələrdə  nəzərdə tutulmayan malların alışı həyata keçirilib. 
Təşkilatlar  tərəfindən xüsusi vəsaitlər üzrə əldə edilən gəlirlər birbaşa müvafiq bank hesabına təhvil verilməyib. Təşkilatlardan nağd qaydada təhvil götürülsə də, 42214,0 manat vəsait uçota alınmayıb. Təmir-tikinti işləri üzrə debitor borclar vaxtında bağlanılmayaraq  müqavilə şərtlərinə əməl edilməyib.

23.11.2017 18:53 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    Neft ucuzlaşıb
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo