Ulduz mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil edir

Samir Soltanov/AZADİNFORM. “Ulduz” Şokolad fabriki mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil edir. 

Şirkətdən Azadinform-a verilən məlumata görə, ekskursiya iştirakçılarına şokoladın istehsalı və tarixi barədə hazırlanmış videoçarx nümayiş olunacaq, uşaqların istehsal sahəsinə gəzintisi təşkil ediləcək. Gəzinti zamanı uşaqlar şokoladların hazırlanması və qablaşdırılmasını canlı izləyə biləcəklər. 
Ekskursiya iştirakçılarına hazırlanan məhsullardan yerindəcə dadına baxmağa şəraiti yaradılacaq və onları maraqlandıran suallar cavablandırılacaq. 
Xatırladaq ki, ekskursiya 7-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub, son qeydiyyat tarixi isə 30.11.2017-ci il tarixi müəyyən edilib. Qeydiyyat üçün Ulduz Fabrikinin rəsmi feysbuk səhifəsinə müraciət edə və ya (+994) 12 514 3030 daxili 2301 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

23.11.2017 18:45 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo