Əsgərimizin meyiti Ermənistan-Azərbaycan sərhədində tapılıb

Samir Soltanov / AZADİNFORM. Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, açılmış cinayət işi üzrə istintaq davam etdirilir.

23.11.2017 18:02 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo