Şotlandiyada Kəsişən yollar: Azərbaycan, neft və Şotlandiya - Tədbir

Samir Soltanov/AZADİNFORM. Şotlandiyanın Aberdin şəhərində “Kəsişən yollar: Azərbaycan, neft və Şotlandiya” mövzulu interaktiv tədbir keçirilib. 

Azadinform xəbər verir ki, tədbir Şotlandiyada fəaliyyət göstərən “Buta Azərbaycan-Şotlandiya Assosiasiyası”nın təşəbbüsü, Britaniyadakı Azərbaycan səfirliyinin və Aberdin Universitetində oxuyan azərbaycanlı tələbələrin dəstəyi ilə təşkil olunub.

Tədbiri “Buta”nın sədri Nərgiz Morrison giriş sözü ilə açaraq Azərbaycandakı müasir inkişafdan bəhs edib. O, tədbirin keçirildiyi məkanda Azərbaycan haqqında kitab, jurnal, fotoalbom və broşürlər iştirakçıların ixtiyarına verilib. 
Tədbirin proqramında çıxış edən Zaur Müslümov, öz çıxışında Azərbaycanın ağrılı məqamlarına toxunaraq, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının erməni işğalçıları tərəfindən zəbt olunması və bir milyon qaçqınların aqibəti haqqında məlumat verib. 
Daha sonra qonaqlara Azərbaycan və Şotlandiya haqqında prezentasiya nümayiş etdirilib. Prezentasiyada Azərbaycanın zəngin tarixi və mədəniyyəti, son dövrlərdə həyata keçirilən iqtisadi islahatlar, ölkədəki mövcud dini dözümlülük və multikulturalizm mühiti, bütün ölkələrlə beynəlxalq əməkdaşlığa dair prinsiplərə sadiqlik, idman və mədəniyyət sahəsində keçirilmiş beynəlxalq tədbirlər barədə məlumat yer alıb.

Tədbirdə çıxış edən Fuad Ələkbərov, 2017-ci ildə Şotlandiya parlamentinin Xocalı soyqırımını tanınması və Şotlandiyada yaşayan Azərbaycan diasporu haqqında məlumat verib. 
Tədbir böyük müvəffəqiyyətlə keçmiş, şotlandiyalı və xarici qonaqların Azərbaycan mədəniyyətinə böyük marağına səbəb olmuşdur. Təqdimatla bağlı təəssüratlarını bölüşən tədbir iştirakçılarının bir çoxu Azərbaycan barədə öyrəndiklərinin onlar üçün böyük bir yenilik olduğunu bildirərək, bu ölkəyə səyahət etmək və daha yaxından tanış olmaq istəklərini bildiriblər.

23.11.2017 19:00 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo