Türkiyədə deputatla bağlı cinayət işi açılıb

Samir Soltanov/AZADİNFORM. Türkiyədə Xalqların Demokratik Partiyasından (HDP) seçilən daha bir deputat haqqında araşdırma başladılıb. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğu tərəfindən HDP Batman millət vəkili Ayşə Acar Başaran haqqında cinayət işi açılıb. Məlumata görə deputat ordu tərəfindən məhv edilən terrorçu Mətin Kaplanın cənazəsinə qatılıb. Bildirilir ki, bu barədə mətbuatda məlumat yayıldıqdan sonra prokurorluq xanım deputat haqqında istintaq tədbirləri başladıb. 

23.11.2017 17:45 / Baxılıb: 221 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.12.2017
16.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo