Bu rəqəmlə yaşamaq mümkündür Nazir müavini yaşayış minimumundan danışdı

Leyla Məhərrəmova / AZADİNFORM. Milli Məclisin plenar iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova yaşayış minimumu ilə bağlı deputatların verdiyi  sualları cavablandırıb.

Azadinform xəbər verir ki, o bildirib ki, yaşayış minimumundan  asılı olmayaraq ölkəmizdə əmək haqlarının artırılması baş verir.

S. Həsənova qeyd edib ki, Azərbaycanda yaşayış minimumu 2004-cü ildə qəbul edilmiş qanuna əsasən hesablanır və Milli Məclis tərəfindən təsdiq edilir.

Nazir müavini əlavə edib ki, qanunvericiliyə əsasən yaşayış minimumunun tərkibinə 3 ildən bir baxılmalıdır.

Onun sözlərinə görə, bu məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və  digər qurumların əməkdaşları cəlb edilərək baxılır.

S. Həsənova həmçinin qeyd edib ki, Azərbaycanda yaşayış minimumu adambaşına hesablanır və təsdiq edilir: “Orta hesabla bir ailəyə 4.7 nəfər düşür. Yaşayış minimumunu adambaşına hesabladıqda bu rəqəm ümumilikdə 813 manat təşkil edir.  Hesab edirəm ki, bu rəqəmlə yaşamaq mümkündür”.

23.11.2017 17:00 / Baxılıb: 586 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    Neft ucuzlaşıb
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo