Uşaqlar üçün ayrılan müavinətlə bağlı narazılıqlara aydınlıq gətirildi

Leyla Məhərrəmova / AZADİNFORM. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin plenar iclasında yeni doğulan uşaqlar üçün ayrılan birbaşa müavinətlə bağlı deputatların narazılıqlarına münasibət bildirib.

Azadinform-un məlumatına görə, nazir müavini deyib ki, bu gün təqdim edilən büdcə zərfində göstərilən 7 milyon 200 manat işləyən şəxslərin övladları üçün nəzərdə tutulub: “Lakin işləməyən valideynlərin yeni doğulan övladları üçün 10 milyon manat müavinət ödənilməsi nəzərdə tutulub”.

O əlavə edib ki, ümumilikdə müavinətlər üçün nəzərdə tutulan rəqəm 17 milyon manatdır.

23.11.2017 16:40 / Baxılıb: 273 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo