Deputat: Buzova verilən müavinət uşağa veriləndən çoxdur

Leyla Məhərrəmova / AZADİNFORM. Milli Məclisdə "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" qanununun layihəsi barədə müzakirələr aparılır.

Azadinform xəbər verir ki, deputat Ziyad Səmədzadə bildirib ki, ölkə üzrə  yaşayış minimumu 173 manatdır: “Əməkqabiliyyətli insanlar üçün bu rəqəm 183 manat, uşaqlar üçün 154, pensiyaçılar üçün isə 144 manatdır”.

Z. Səmədzadənin sözlərinə görə, əvvəlki ilə müqayisədə bu 11 faiz artım deməkdir.  Daha sonra isə deputat Fazil Mustafa çıxış edərək uşaqlara verilən müavinət məsələsinə toxunub.

O, buzova verilən müavinətin uşağa verilən müavinətdən çox olduğunu deyib: “Yeni doğulan uşaq üçün birbaşa müavinət 45 manat, buzov üçün isə 100 manatdır".

F. Mustafa təklif edib ki, yeni doğulan uşaqlara verilən birbaşa müavinət artırılsın.

23.11.2017 16:20 / Baxılıb: 876 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo