Kəbədə şəkil və video çəkmək qadağan edildi

Ləman Hüseynzadə / AZADİNFORM. Müsəlmanların ən müqəddəs məbədi sayılan Kəbədə yeni bir qadağa tətbiq edilib.

Azadinform xəbər verir ki, Səudiyyə Ərəbistanı Məkkədə yerləşən Məscidül-Həram (Kəbə) və ikinci müqəddəs məscid hesab olunan Mədinə şəhərindəki Məscidi-Nəbəvinin daxilində və ətrafında şəkil, video çəkməyi qadağan edib. Bundan başqa, qadağa bütün ziyarətçilər, eyni zamanda media təmsilçiləri üçün də keçərlidir. 

Riyad rəhbərliyi qadağaya zidd hərəkət ediləcək təqdirdə foto və videoları müəyyənləşdirmək üçün müəyyən yollara əl atacaq və hüquqi səviyyədə araşdıracaq. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi vətəndaşlarını Məkkə və Mədinəyə ziyarətə göndərən ölkələrdən onlara lazımlı məlumatların verilməsini xahiş edib.

Qeyd edək ki, son zamanlar müqəddəs məkanlarda çəkilən selfilər, xatirə şəkilləri və digər video yazılar artıb. Hətta bəzi ziyarətçilər Kəbədə etdiyi evlilik təklifini belə sosial mediada paylaşmışdı.

23.11.2017 16:06 / Baxılıb: 306 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo