Ermənistan ordusunda dava Bir neçə əsgər xəsarət alıb

Ermənistan ordusunda əsgərlər arasında dava düşüb. 

Məlumata görə, Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən hərbi hissələrində nizamnamədən kənar münasibətlər zəmnində bir gündə 2 cinayət hadisəsi qeydə alınıb. Nəticədə xəsarət alanlar var. 

Döyüş mövqeyində növbədə olarkən hərbi qulluqçular Rubik Avakyan və Serik Gevorkyan arasında baş verən nizamnamədən kənar davranış sonradan davaya səbəb olub. 
Başqa bir hadisə zamanı Qarabağdan olan əsgərlər tərəfindən hərbi qulluqçu Rafik Xaçaturyan döyülüb. Ayağından zədə alan minaatan bölməsinin əsgəri R.Xaçaturyanın vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib. 
Məlumata görə, Ermənistan ordusu tərəfindən işğal olunmuş Ağdərə rayonu istiqamətində yerləşdirilən düşmən bölmələrindən birində də dava baş verib. Davaya səbəb olan hərbi qulluqçu Rafik Avetisyan həbs edilərək Yerevana göndərilib. Hadisə hərbi polis tərəfindən araşdırılır. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. (trend)

23.11.2017 15:52 / Baxılıb: 258 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo