Kardeşim benim 2nin qala gecəsi keçirilib Fotolar

Ləman Hüseynzadə / AZADİNFORM. Baş rollarda Murad Bozla Burak Özçivitin çəkildiyi “Kardeşim benim 2” filminin qala gecəsi keçirilib.

Azadinform xəbər verir ki, bir çox məşhurun qatıldığı gecədə aktrisa Fahriye Evcen həyat yoldaşı Özçiviti tək qoymayıb. Jurnalistlərin suallarını cavablandıran Evcen “çəkilişlərdəki əyləncələrə şahid oldum, çox gülməli filmdir”, - deyə bildirib. 

Muradın sevgilisi Aslı Enver isə serial çəkilişləri səbəbindən qalaya qatıla bilməyib. O, İnstagram hesabında Muradla fotosunu paylaşaraq “Canım sevgilim, gecən çox gözəl keçsin. Ürəyim səninlədir, səni sevirəm” şərhini yazıb. Gecənin ən diqqətçəkən qonağı isə “Vatanım sensin”də Yıldız obrazını canlandıran aktrisa Pınar Deniz olub. O, qalaya uzun yarıqlı qırmızı libasla qatılıb.

23.11.2017 15:45 / Baxılıb: 409 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.12.2017
16.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo