Natiq Əliyev neft-qaz strategiyasının əsas simalarından biri kimi tanınıb

Samir Soltanov/AZADİNFORM. SOCAR-da Azərbaycanın mərhum energetika Natiq Əliyevin xatirəsi anılıb. 

Azadinform xəbər verir ki, əvvəlcə SOCAR-ın, Energetika Nazirliyinin və müxtəlif dövlət qurumlarının rəhbərliyi II Fəxri xiyabana gələrək ictimai-siyasi xadim, mərhum energetika naziri, "Şöhrət" ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarı önünə əklil və güllər qoyaraq onun xatirəsini dərin ehtiramla yad edib. 

Anım tədbirində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün mərhum energetika naziri Natiq Əliyevin 70 illik yubileyidir: “Natiq Əliyev Azərbaycanın neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri olub. Natiq Əliyevin adı Azərbaycan nefti, “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, məşhur “Şahdəniz” layihəsi ilə qırılmaz surətdə bağlıdır. O bilikli neft mütəxəssisi idi, neft işinin bacarıqlı təşkilatçısı, Azərbaycanın neft-qaz strategiyasının əsas simalarından biri kimi tanınmışdı”.
Xatırladaq ki, Natiq Əliyev bu il iyunun 9-da, 70 yaşında dünyasını dəyişib. 

23.11.2017 15:35 / Baxılıb: 197 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    Neft ucuzlaşıb
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo