Elmar Məmmədyarov: Təəssüf ki, hakim haqsızlıq etdi

“Qarabağ” çox yaxşı oynadı. Mən komandamızın oyunundan razıyam. Təəssüf ki, hakim haqsızlıq etdi. Rəşad Sadıqova göstərilən qırmızı vərəqəni doğru hesab etmirəm”. 

Məlumata görə,  bu sözləri Azərbaycanın xarici işlər naziri, AFFA İcraiyyə Komitəsinin üzvü  Elmar Məmmədyarov Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ" - "Çelsi" oyunu (0:4) haqda fikirlərini jurnalistlərə bildirərkən deyib. 

20-ci dəqiqənin oyunun qırılma nöqtəsi olduğunu söyləyən nazir onu da qeyd edib ki, “Qarabağ”ın futbolçularına ardıcıl 3 matça verilən qırmızı vərəqə məqsədli şəkildə deyil: “Deməzdim ki, “Qarabağ”ın futbolçularına məqsədli şəkildə qırmızı vərəqə verilir. Ardıcıl 3 oyunda verilən qırmızı vərəqə bizi də məcbur edir ki, məsələyə diqqətlə yanaşaq”. 
E. Məmmədyarovun sözlərinə görə, “Qarabağ”ın Çempionlar Liqasında iştirakı Azərbaycanın xarici siyasətinə böyük təkandır: “Hər tərəfdə “Qarabağ”ın oyunu işıqlandırılır. Bu da bizim üçün böyük dəstəkdir. Fikrimcə, “Qarabağ”ın oyunu Azərbaycan futbolunun inkişafda olduğunu göstərir”. (qol.az)

23.11.2017 14:22 / Baxılıb: 270 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo