65 il aradan sonra ilk Türkiyə prezidenti Yunanıstana səfər edəcək

Samir Soltanov/AZADİNFORM. “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfər edəcək”. 

Azadinform “Hürriyət”-ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Hakan Çavuşoğlu bildirib. O qeyd edib ki, cənab Ərdoğan 65 il aradan sonra ilk dəfə Yunanıstana səfər edən Türkiyə prezidenti olacaq: “Bu səfərin iki ölkə arasında çox önəmli nəticələri olacağını düşünürük. Türkiyə qonşu ölkə kimi Yunanıstanla münasibətləri inkişaf etdirmək niyyətindədir”. 

Səfərin vaxtından danışan baş nazirin müavini qeyd edib ki, Ərdoğanın Yunanıstan səfəri yaxın günlərdə baş tutacaq.

23.11.2017 14:12 / Baxılıb: 341 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo