Əflatun Amaşov Maliyyə Nazirliyindən açıqlama tələb etdi

Leyla Məhərrəmova / AZADİNFORM. Saatlıda yaşayan bir neçə əlil və şəhid  ailəsi üçün ev tikilməli idi. Evlərin tikilməsi üçün daş tökülsə də, işlər dayandırıldı.

Azadinform xəbər verir ki, bunu Milli Məclisin deputatı Əflatun Amaşov plenar sessiyada çıxış edərkən deyib.

O qeyd edib ki, bunun səbəbi Maliyyə Nazirliyinin vəsait ayırmamasıdır.

Deputat nazirliyin bu məsələyə aydınlıq gətirməsini istəyib: “Maliyyə Nazirliyi bu  evlərin tikilməsi üçün vəsait ayıracaqmı?”.

23.11.2017 14:00 / Baxılıb: 377 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo