Nazirlərdən biri Qarabağ əlili olsun ki, onları anlasın Zahid Oruc

Leyla Məhərrəmova / AZADİNFORM. Azərbaycan neft ölkəsidir, bu parametrlərinə görə Ermənistanla müqayisə oluna bilməz.

Azadinform xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.

O təklif edib ki, nazirlərdən biri Qarabağ əlillərindən olsun ki, əlillərin problemini daha yaxşı anlasın. Həmçinin deputat təklif edib ki, şəhid və Qarabağ əlillərinə verilən müavinət artırılsın: “Ermənistana Vigen Sarkisyan yeni müdafiə naziri təyin olunanda belə sistem yarandı ki, Qarabağda ölənlər üçün 20 min, əlil olanlar üçün 10 min vəsait ayrıldı. Azərbaycan dövlətinin imkanı var ki, şəhid və Qarabağ əlilləri üçün ayırdığı vəsaiti artırsın”.

23.11.2017 13:33 / Baxılıb: 1298 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo