Prezident İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət edib (Yenilənib 2)

Samir Soltanov/AZADİNFORM. Belçika Krallığında işgüzar səfərdə olan prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib. 

Azadinform xəbər verir ki, dövlət başçısı İlham Əliyevi NATO-nun baş katibi Yens Stoltenberq qarşılayıb. Rəsmi foto çəkdirilib. 

Sonra Azərbaycan prezidenti ilə NATO baş katibinin görüşü olub. 
Görüşdə Azərbaycanla NATO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. 
Yens Stoltenberq ölkəmizin qurumun Kosovo və Əfqanıstandakı sülhməramlı missiyalardakı iştirakını yüksək qiymətləndirib. NATO-nun baş katibi Azərbaycanın Əfqanıstana verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O vurğulayıb ki, Azərbaycanın Əfqanıstana yardımı genişləndirmək planı bu ölkənin iqtisadi inkişafına töhfəsini verə bilər. 
Prezident İlham Əliyev NATO ilə əlaqələrimizin genişlənməsindən məmnunluğunu bildirib. Vurğulayıb ki, Azərbaycan Əfqanıstanda sülhməramlı əməliyyatlarda və bu ölkənin iqtisadiyyatının yenidən qurulmasında fəal iştirak edir. Söhbət zamanı Azərbaycanın Ceyrançöl ərazisində NATO-nun minatəmizləmə əməliyyatlarına verdiyi dəstəkdən məmnunluq ifadə olunub. Əfqanıstana daşınan yüklər baxımından Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti vurğulanıb. 
Görüşdə qeyd edilib ki, Azərbaycanla Avropa İttifaqı arasında uğurlu əməkdaşlıq həyata keçirilir. 
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb, danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verilib. 
Regional məsələlərin də müzakirə olunduğu görüşdə prezident İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət edib. NATO-nun baş katibi dəvəti qəbul edib.


13:10


Adəm Abbaslı/AZADİNFORM. Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib.Azadinform xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.

Rəsmi foto çəkdirildikdən sonra Prezident İlham Əliyevin və NATO-nun baş katibi Yens Stoltenberqin görüşü oldu.

23.11.2017 18:30 / Baxılıb: 299 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo