Milli Məclisə 24 milyon 232 min manat xərclik ayrılacaq

Leyla Məhərrəmova / AZADİNFORM. Milli Məclisdə büdcə müzakirələri davam edir.

Azadinform xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin 2018-ci il üçün xərclər smetası haqqında çıxış edən işlər idarəsinin müdiri Firudin Hacıyev bildirib ki, Parlamentin xərcləri üçün növbəti ilin dövlət büdcəsindən 24 milyon 232 min manat  ayrılması nəzərdə tutulub.

Bu məbləğin 68%-i əmək haqları üçün nəzərdə tutulub.

O qeyd edib ki, məqsədyönlü siyasətin nəticəsi olaraq xarici deputatların ölkəmizə səfərlərinin, həmçinin bizim parlamentarilərin xarici səfərlərinin, ölkədaxili ezamiyyətlərin sayı artıb.

Həmçinin ezamiyyət xərcləri üçün 200 min manat, əlavə 300 min manat, mətbəə xərcləri üçün 50 min manat, ümumilikdə 1 milyon 200 manat kömək edilməsi istənilib.

23.11.2017 12:20 / Baxılıb: 299 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    3 saata viza
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo