SOCAR "Super" markalı benzinin satışına başlayıb

Adəm Abbaslı/AZADİNFORM. “SOCAR Petroleum” QSC 7 yanacaqdoldurma məntəqəsində “Super” markalı benzinin satışına başlayıb.

QSC-dən Azadinform-a verilən məlumata görə, böyük müştəri kütləsinin “Super” (A-98) markalı yanacağa olan tələbatını nəzərə alaraq ötən gündən etibarən yalnız 7 müxtəlif ünvanda fəaliyyət göstərən “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində bu yanacaq növünün satışına başlanılıb.

“SOCAR Petroleum”un aşağıdakı yanacaqdoldurma məntəqələrində bu yanacaq növünün satışı həyata keçirilir:

1. Bakı-aeroport yolunun sağ tərəfi (keçmiş Sabunçi dairəsinin yaxınlığı);

2. Bibiheybət məscidinin yaxınlığı (yolun sağ tərəfi);

3. Bakı-Quba yolunun 28-ci km-də (yolun sağ tərəfi);

4. Aeroport-Bakı yolunun sağ tərəfi (Bakı Olimpia Stadionunun yaxınlığı);

5. Babək prospekti (şəhər mərkəzi istiqamətində);

6. Ziya Bünyadov prospekti;

7. Nobel prospekti.

Qeyd edək ki, Azərbaycanda “Super” yanacağının satışı yalnız “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində həyata keçirilir. Xaricdən idxal olunan bu yanacağın qiyməti 1,50 manat/litr təşkil edir və “Euro-5” ekoloji standartın tələblərinə cavab verir.

23.11.2017 10:22 / Baxılıb: 204 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    3 saata viza
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo