İlk süni meteor yağışı Yaponiyaya 2019-cu ildə düşəcək

Yaponiyaya düşəcək ilk süni meteor yağışının yeri və vaxtı artıq məlumdur.

Bu, 2019-cu ilin əvvəllərində Hiroşima və Setuçi rayonlarını əhatə edəcək. Parlaq meteorit şousunu Hiroşimadan 100 kilometr məsafədə olan insanlar da müşahidə edə biləcəklər.

Səmada süni meteoritlər vasitəsilə yaradılacaq şounun təşkilatçısı "ALE" şirkətidir. Şirkətin baş direktoru Lena Okacima ümid etdiyini bildirib ki, elmin və əyləncənin bu vəhdəti insanları ilhamlandıracaq və onları kosmosun tədqiqinə həvəsləndirəcək.

Meteorit yağışını yaratmaq üçün şirkət hər tərəfinin ölçüsü 50 santimetrə bərabər olan kiçik süni peykdən istifadə edəcək. Günəş orbiti istiqamətində yerləşdiriləcək süni peyk yerdəki idarəetmə mərkəzinin göstərişi ilə metal kürəcikləri səmaya buraxacaq. Atmosferə daxil olan həmin kürəciklər alışaraq ətrafa işıq saçacaq. Kürəciklərin gizli saxlanılan tərkibi onların rəngarəngliyinə imkan yaradacaq.

Nəticədə təqribən 200 kilometr diametrdə səmanı işıqlandıracaq süni meteor yağışı alınacaq. (azərtac)

22.11.2017 23:58 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo