Mühafizə polisinin avtomobili qəzaya düşüb

Mingəçevir şəhərində sükan arxasında səhhəti pisləşən sürücü qəza törədib.

Hadisə şəhərin Ş.İ.Xətai küçəsində baş verib.

Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Nəcəf Vidadi oğlu Abdullayev "VAZ-2108" markalı avtomobillə hərəkətdə olarkən qəfil keçirdiyi qıcolma (sudurğa) səbəbindən idarəetməni itirib. Nəticədə maşın əks istiqamətdə hərəkətdə olan və Mingəçevir Şəhər Mühafizə Polisinə məxsus "VAZ-2106" markalı avtomobillə toqquşub. 

Hadisə zamanı N. Abdullayev xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

22.11.2017 22:48 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo