OPEC+ anlaşmasına yeni ölkələr qoşula bilər

OPEC+ anlaşmasında iştirak etməyən neft hasilatçısı olan 20 ölkə noyabrın 30-da Vyanada keçiriləcək sammitə dəvət alıb.

Azadinform "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Argentina, Benin, Boliviya, Braziliya, Kamerun, Çad, Kolumbiya, Konqo, Misir, Qana, İndoneziya, Kot-dİvuar, Mavritaniya, Niger, Norveç, CAR, Tacikistan, Türkmənistan və Özbəkistan gələn həftə keçiriləcək sammitə dəvət olunub.

Qeyd edək ki, artıq Kamerun, Niger, Norveç və Kolumbiya təklifi rədd edib. Misir və Braziliya isə iştirak etsə də, hasilatın azaldılması ilə bağlı anlaşmaya qatılmayacaq. 

Xatırladaq ki, hazırda OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşmada OPEC-ə daxil olmayan 10 ölkə iştirak edir. Bunların arasında Azərbaycanla yanaşı Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan və Cənubi Sudan var.

22.11.2017 21:12 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    Neft ucuzlaşıb
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    © 2017 All right reserved www.azadinform.az Powered by Danneo