İrəli regional turnirlərə davam edir

Samir Soltanov/AZADİNFORM. "Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. 

Azadinform xəbər verir ki, layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq "Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir.  

“Azərbaycan İntellektual Birİncisi” layihəsinin  Mingəçevir, Ağdaş, Bərdə, Göyçay, Ucar, Yevlax, Zərdab şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Aran üzrə regional turniri Mingəçevir şəhərində  keçirilib. Layihədə  “Axtar tap”, “Nə? Harada? Nə zaman?”  intellektual oyunlarında Mingəçevir, “Vətəni tanı” intellektual oyununda Ucar, “Xəmsə” intellektual oyununda Bərdə şəhərinin gənc intellektualları qalib olublar.
Daha sonra “Azərbaycan İntellektual Birİncisi” layihəsinin Gəncə, Qazax, Şəmkir, Goranboy, Göygol, Naftalan, Ağstafa, Samux, Tovuz şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Gəncə-Qazax üzrə regional Turniri Şəmkir şəhərində keçirilib. 4 intellektual oyunu ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Kod Da Vinçi", "Vətəni Tanı") əhatə edən layihədə “Nə? Harada? Nə zaman?”, “Vətəni tanı” intellektual oyunlarında Gəncə, “Axtar tap” intellektual oyununda Tovuz, “Xəmsə” intellektual oyununda Goranboy rayonunun gənc intellektualları qalib olublar.  
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. 
Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutacaq "Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində 62 rayondan 1400 nəfər gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edəcək. Layihə zamanı regional turnirlər Bakı, Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəmkir, Mingəçevir, Şəki, Sabirabad, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər Evi və Gənclər Mərkəzində keçiriləcək. 
Qeyd edək ki, layihə hazırda davam edir.  
Bütün region turnirlərinin açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov iştirak edib və region gəncləri ilə görüşüb. “İrəli” sədri çıxışında bildirib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir. 
"Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçirilməsi planlaşdırılır.

22.11.2017 18:53 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo