ADU İnformasiya Resurs Kompleksi yeni xidmətlərə başlayıb

AZADİNFORM. Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksi yeni xidmətlərə başlayıb. 

Azadinform xəbər verir ki, universitetin İnformasiya Resurs Kompleksinin yaradılmasında məqsəd təhsilin müxtəlif sahələrində araşdırmalar aparmaq, müxtəlif yaş kateqoriyalarından olan şəxslərin dil biliklərinin inkişaf etdirilməsinə xidmət etməkdir. 

İnformasiya Resurs Kompleksinin əsas fəaliyyət istiqamətini abituriyent, magistratura hazırlığı, xarici dillərin tədrisi və tərcümə fəaliyyəti, xaricdə təhsil, Londonda Beynəlxalq sertifikatlı dil kursları, beynəlxalq imtahan hazırlıqları,  “İELTS”, “TOEFL”, “SAT”, “GMAT”, “GRE” təşkili, eyni zamanda danışıq klubları, xüsusi məqsədlər üçün həkimlər, jurnalistlər, mühəndislər üçün ingilis, alman, fransız dillərində təşkil olunan dil proqramları təşkil edir. Kompleksin fəaliyyət istiqamətinə eyni zamanda məktəbəqədər uşaqlar və məktəblilər üçün təşkil olunan proqramlar da aiddir. Xidmətlər ödənişlidir. 

Ünvan: Azərbaycan Dillər Universiteti, İnformasiya Resurs Kompleksi.

Əlaqə 441-46-68 , 051 315 54 24

22.11.2017 18:04 / Baxılıb: 469 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo