Neftin qiyməti ilə ehtiyatlı davranmalıyıq Elman Rüstəmov

Leyla Məhərrəmova / AZADİNFORM. “Bu gün manatın məzənnəsi və onun taleyi  hamını maraqlandırır”. 

Azadinform xəbər verir ki, bunu Mərkəzi Bankın sədri  Elman Rüstəmov Parlamentdə büdcə müzakirələri zamanı bildirib. O qeyd edib ki,  mövcud büdcə zərfi neftin qiymətinin 45 dollar olması,  bir rəqəmli inflyasiya və sabit məzənnə üzərində qurulub. 

E. Rüstəmov əlavə edib ki, biz indi və gələcəkdə neftin qiyməti ilə ehtiyatlı davranmalıyıq: “Neftin qiyməti qalxanda büdcə xərclərini artırmamalı, neftin qiyməti düşəndə isə xərcləri azaltmamalıyıq”.

O əlavə edib ki, pul  kütləsi 11,5 faiz artıb. Bu gün isə artıq 12 faizə çatıb: “Mərkəzi Bank 1 milyard manat vəsait dövriyyəyə buraxmışıq. 1,8 milyard manat vəsait iqtisadiyyata yönəldilib”.
O həmçinin  deyib ki, 2014-cü ilə nisbətən pul  kütləsi 24 faiz aşağıdır.  
O qeyd edib ki, əhali yığımının əhəmiyyətli hissəsini manatda saxlayırdı: “Kurs korreksiyası oldu və vəsaitlər sabit dönəmli valyutaya qayıtdı. Bank vəsaitlərinin 70 faizdən çoxu sağlam banklarda toplanıb. Lakin bunlar kreditləşməyə yönəlmir. İnflyasiya bizim başlıca problemimizdir”.

22.11.2017 17:54 / Baxılıb: 107 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    Neft ucuzlaşıb
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo