Bakı-Astara dəmiryolunun Astara və Lənkərandan keçən hissəsinin köçürülməsi istiqamətində iş gedir

Leyla Məhərrəmova / AZADİNFORM. Tələbələrə verilən təqaüdlərdə müəyyən artımlar müşahidələr var.

Azadinform xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Parlamentin iclasında qaldırılan sualları cavablandırarkən deyib. O qeyd edib ki, tələbələrə təqaüdlərin verilməsində yeni mexanizm var: Yaxşı qiymət göstəriciləri olan vədövlət sifarişi əsasında təhsil almayan tələbələrə də təqaüd verilir.

Nazir həmçinin deputat Siyavuş Novruzovun Astara-Rəşt dəmiryolu layihəsinin işə düşməsi üçün maliyyə yardımının göstərilməsi barədə verdiyi təklifə münasibət bildirib. Nazir deyib ki, bu istiqamətdə aktiv işlər həyata keçirilir: Kredit sazişləriilə bağlı görülən işlər artıq son fazasındadır. Bunlar başa çatdıqdan sonra digər işlərə başlanacaq.
S. Şərifov həmçinin deputat Ziyafət Əsgərovun Bakı-Astara dəmiryolunun Astara və Lənkərandan keçən hissəsinin köçürülməsi barədə qaldırdığı məsələyə münasibət bildirib. O qeyd edib ki, Dövlət başçısının tapşırığına əsasən buistiqamətdə iş aparılır: Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyət və İqtisadiyyat Nazirliyi bu sahədə işlər görür.
Nazir həmçinin bildirib ki, Azərbaycanda idarəetmə xərclərinə gəlincə hesab etmək olmaz ki, bu xərclər çox yüksəkdir.
Nazir səfirliklərlə bağlı qaldırılan məsələlərə aydınlıq gətirib. O qeyd edib ki, səfirliklərin fəaliyyətində əsas məsələ prioritet olan ölkələrdə eyni ştatların saxlanılmasıdır: Elə ölkələr var ki,Azərbaycanda birbaşa diplomatiknümayəndəlikləri yoxdur. Onlar başqa ölkələrin diplomatik nümayəndəlikləri vasitəsilə burada təmsil olunur.
Nazir bildirib ki, səfirliklərdə müəyyən ştat ixtisarı aparılıb. Həmçinin hərbiattaşelərlə bağlı ixtisarlar olub. Burada ölkələrin prioritetliyi vəhərbi sahədə əməkdaşlıq nəzərə alınıb.

22.11.2017 17:48 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    Neft ucuzlaşıb
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo