Millət vəkili məcburi köçkünlərin evlə təmin edilməsini istədi

Leyla Məhərrəmova / AZADİNFORM. “Oğuzda 2 minə qədər məcburi köçkün yaşayır. 25 ildir ki, həmin insanlar bu ərazidə yaşayır. Onların bir qismi peşə məktəbi və onun yataqxanasında məskunlaşıblar. Oğuzda baş verən zəlzələlər nəticəsində bina yararsız hala düşüb”.

Azadinform xəbər verir ki, bunu deputat Flora Qasımova Parlamentdə çıxışı zamanı deyib.

Deputat vurğulayıb ki, bu binada insanlar qorxu içərisində yaşayır: “FHN tikintinin qəzalı vəziyyətdə olması barədə akt tərtib edib. Həmin binanın zirzəmisində çirkli sular yığılıb. Buna görə də bina sakinlərinin sağlamlığında problem yaranır”.

Deputat həmin peşə binasında yaşayan məcburi köçkünlərin evlə təmin edilməsini xahiş edib.

22.11.2017 17:27 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo