Qlobal terror ən böyük təhdid halına gəlib Baş nazir

Samir Soltanov/AZADİNFORM. Türkiyə PKK, PYD, YPG və İŞİD başda olmaqla, digər  terror təşkilatlarına qarşı amansız bir mübarizə aparır”. 

Azadinform xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib. Baş nazir qeyd edib ki, terror təşkilatları ilə mübarizə yalnız bizim problemimiz olmamalıdır: “Bu mübarizə bütün insanlığın problemidir. İŞİD, PKK, PYD terror təşkilatları qlobal terror təşkilatlarıdır. Bunları “Bu gün bizə zərər vermir” deyə əhəmiyyətsiz hesab edənlər bilməlidir ki, bu terror təşkilatları nə vaxtsa onları da narahat edəcək. Ona görə də birlikdə terrorla mübarizə aparmağa məcburuq. Heç kim terrordan sığortalandığını düşünməsin. Bu gün İstanbul nə qədər təhlükəsizdirsə, Moskva, London, Tehran, Pekin də eyni dərəcədə təhlükəsizdir. Artıq qlobal terror ən böyük təhdid halına gəlib”.

Baş nazirin sözlərinə görə, 2-ci böyük təhdid də köçdür: “Bölgəmizdə təəssüf ki, yaşanan qarşıdurma səbəbindən bu gün immiqrant vəziyyətində olanların sayı 55 milyonu ötüb. Dünyada neçə ölkə vardır, əhalisi 55 milyon olan? Bəlkə 20 ölkə ya vardır ya da yox. Bu problemi görməməzlikdən gəlmək, əhəmiyyət verməmək və sərhəd divarlarını yüksəldərək miqrant köçünün qarşısını aldıqlarını zənn edənlər çox yanıldıqlarını yaxın zamanda anlayacaqlar. Terroru yaradan səbəblərin bütün ölkələr tərəfindən diqqətlə araşdırılmasını, BMT-nin bu mövzuda daha təsirli bir rol almasını gözləyirik”. 

22.11.2017 17:03 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo