Spiker: Neftin qiyməti düşməsə, may ayında büdcədə dəyişiklik ola bilər

Leyla Məhərrəmova / AZADİNFORM. “Burada suallar qaldırılaraq müxtəlif təkliflər irəli sürülür. Problemlərin həlli hökumətdən tələb olunur. Siz təsəvvür edin ki, burada  125 deputat və 87 rayon var”.

Azadinform xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentdə büdcə müzakirələri zamanı deyib.

O qeyd edib ki, qaldırılan bütün təkliflərə Nazirlər Kabinetində baxılır və nəzərə alınır: “Bunların hamısını birdən etmək qeyri-mümkündür. Bu təkliflər rayonların inkişaf planı hazırlananda nəzərə alınır”.

O əlavə edib ki, neftin qiymətinin 45 dollar götürülməsinə gəldikdə isə biz burada  riskləri qabaqlamaq istəyirik: “Neftin qiyməti düşməsə, may ayında büdcədə dəyişiklik ola bilər”.

22.11.2017 16:45 / Baxılıb: 129 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo