Tahir Kərimli Tarif Şurasında dəyişiklik istədi

Leyla Məhərrəmova / AZADİNFORM. Dünən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirdi ki, manatın qiyməti xarici şoklardan asılıdır. Onda belə sual ortaya çıxır. Tarif Şurası bizə deyə bilərmi ki, yanacağın qiyməti qalxacaq ya yox?.

Azadinform xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli büdcə müzakirələrində çıxış edərkən deyib.

Deputat vurğulayıb ki, yanacağın qiyməti qalxsa, qiymət artımı baş verəcək.

O qeyd edib ki, Tarif Şurasına nazirlərin müavinləri daxildir. Deputat təklif edib ki, Tarif Şurasına ya nazirlər özü daxil olsun, ya da hökumət özü qiymət siyasətinə nəzarət etsin.

22.11.2017 16:40 / Baxılıb: 175 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo