Əflatun Amaşov hökumətdən onlayn mediaya vəsait tələb etdi

Leyla Məhərrəmova / AZADİNFORM. “Adambaşına düşən informasiya xərci Türkiyədə 50, Rusiyada 40, Qazaxıstanda 35 dollardır. Azərbaycanda isə bu rəqəm çox aşağıdır. Biz buna əhəmiyyətli dərəcədə vəsait artırmalıyıq”.

Azadinform xəbər verir ki, bunu Parlamentdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib. O eyni zamanda onlayn mediaya vəsaitin ayrılmasını təklif edərək bildirib ki, bu gün dünyada yürüdülən anti-Azərbaycan kampaniyasına layiqli cavab verən onlayn mediadır: “Onun maliyyə vəziyyəti ağır olduğundan ciddi problemlərlə üzləşir. Hökumətə təklif edirəm ki, heç olmasa 1 milyon manat vəsait ayrılsın. Bu vəsaitin qısa zamanda effektini görə bilərik”.

Deputat həmçinin informasiya ombudsmanının ayrıca bir qurum kimi fəaliyyət göstərməsini təklif edib: “Əgər bu informasiya omdusmanı yaradılıbsa, ona niyə ştat ayrılmır?”.

22.11.2017 16:34 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo